Xəbər lenti

Yeni təyin olunan icra başçıları kollektivə təqdim olundu (FOTO)
Ölkə 12:01 09.07.2024

Yeni təyin olunan icra başçıları kollektivə təqdim olundu (FOTO)

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Adil Abış oğlu Əliyev iyulun 9-da və Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Sahir Məmmədxanov iyulun 8-də  Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

AZƏRTAC xəbər verir ki, təqdimatda Zeynal Nağdəliyev çıxış edərək dövlətimizin başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

A.Əliyev S. Məmmədxanov onlara göstərilən etimada görə minnətdarlıq edib.
 

 


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->