Dünya 17:10 07.05.2023

Yerə 76 metrlik asteroid yaxınlaşır

NASA 2023 HT4 asteroidinin mayın 12-də Yer kürəsinin yaxınlığından keçəcəyini açıqlayıb.

Qayanrinfo xəbər verir ki, xəbər verir ki, bu barədə NASA-nın Reaktiv Hərəkət Laboratoriyası (JPL) məlumat yayıb.

NASA-nın məlumatına görə, göy cismin uzunluğu təqribən 76 metrdir. Asteroidlə Yerə arasında məsafə təxminən 6,08 milyon km olacaq. Asteroidin sürəti saatda 32 184 km-dir.

Qeyd edək ki, əgər asteroid Yerə 7,4 milyon km-dən yaxın məsafədə yaxınlaşırsa və onun ölçüsü 150 m-dən böyükdürsə, NASA onu "potensial təhlükəli obyekt” hesab edir. 2023 HT4 eyni zamanda hər iki meyara cavab vermir, ona görə də "potensial təhlükəli” hesab edilmir.

Aydın