Xəbər lenti

Yevlaxda ağaclar məhv edilir? – İH-dən açıqlama
Ölkə13:09 12.03.2020

Yevlaxda ağaclar məhv edilir? – İH-dən açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"O ağaclar icazəsi alındıqdan sonra çıxarılıb..."
Bu sözləri Qaynarinfo-ya Yevlax rayon İcra Hakimiyyətinin nümayəndəsi Zaur Davudov rayonun "Dədə Qorqud" parkında olan ağacların çıxarılması ilə bağlı məsələyə açıqlamasında bildirib. 
Qurum rəsmisi deyib ki, ağaclar məhv edilməyib, çıxarıldıqdan sonra başqa parkda əkilib. 
Qeyd edək ki, Yevlax rayon Q.Quliyev küçəsinin sakinləri redaksiyamıza şikayətlərində bildiriblər ki, "Dədə Qorqud" parkında olan ağaclar kütləvi şəkildə kökündən çıxarılıb. Onlar istirahət üçün tək məkanları olan bu parkdakı ağacların məhv edilməsinə etiraz ediblər. 
Röya Kərimli