Xəbər lenti

Yol Polisindən sürücülərə daha bir MÜRACİƏT
Ölkə13:40 12.12.2013

Yol Polisindən sürücülərə daha bir MÜRACİƏT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə növbəti dəfə müraciət edib


İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, bu saata qədər respublikanın avtomobil yollarında hərəkət tam normaldır. Axşam saatlarında Şamaxı, Quba, Qusar istiqamətlərinə asfalt örtüyünün buzlaşması ilə əlaqədar qış mövsümünün tələblərinə cavab verməyən avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
 
K.Əliyev, sürücülərə müraciətində bu günlərdə nəqliyyat vasitələrindən az istifadə etmələrini xahiş edib. Şöbə rəisi qeyd edib ki, bu gün  səhər saatlarında respublika ərazisində ölümlə nəticələnən bir yol qəzası baş verib . Bakı-Qazax yolunun 220-ci kilometrliyində “Land Cruiser” markalı avtomobillə “SHACMAN” markalı yük avtomobili toqquşub. Qəza nəticəsində “Land Cruiser” də olan bir qadın sərnişin ölüb, qadının həyat yoldaşı və oğlu  xəsarətlə xəstəxanaya yerləşdirilib.


Qaynar.info