
Bakı-Qazax magistralının 381-ci kilometrliyində 1 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın verdiyi məlumata görə, hadisə avqustun 14-nə keçən gecə Şəmkir rayonunu ərazisində qeydə alınıb. Tovuz rayon Bozalqanlı kənd sakini, 1983-cü il təvəllüdlü Ramin Rəhimov idarə etdiyi “Volkswagen Passat” markalı 99 BJ 719 dövlət nömrə nişanlı avtomobili ilə Qazax rayonu istiqamətində hərəkətdə olan zaman idarəetməni itirərək yolayrıcı dairəyə çırpılıb. Zərbə nəticəsində mühərrikdə yanğın baş verib. Hadisə yerinə gələn FHN Şəmkir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğın xilasediciləri alovun qarşısını alıblar və avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünü xüsusi avadanlıqların köməyi ilə çıxarıblar. Sürücü xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib. Hadisə ilə bağlı araşdırma aparılır.
Qaynar.info