Xəbər lenti

"Yolun ermənilər tərəfindən sonradan minalanması ehtimalı böyükdür" - Hərbi ekspert
Siyasət08:08 05.06.2021

"Yolun ermənilər tərəfindən sonradan minalanması ehtimalı böyükdür" - Hərbi ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Həmin yolun sonradan ermənilər tərəfindən minalanması ehtimalı böyükdür".
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Kəlbəcərdə media nümayəndələrinin minaya düşməsi və hadisə nəticəsində 3 nəfərin həyatını itirməsindən danışarkən deyib. Ekspertin fikrincə, həmin ərazilər işlək yol olub:
"Baş verən hadisələrdə bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Fikirimcə, media nümayəndələrini müşayiət edən aidiyyatı qurumlar bu maşını minalanmış və ya təmizlənməmiş ərazi ilə idarə ediblər". 
Qeyd edək ki, jurnalist, Azərbaycan Televiziyasının operatoru, 1989-cu il təvəllüdlü Sirac Abışov, AZƏRTAC-ın əməkdaşı, 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu) və yerli icma nümayəndəsi Arif Əliyev Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar. Hadisə Kəlbəcərin Susuzluq kəndinə gedən yolda qeydə alınıb.
Bahar Rüstəmli