Xəbər lenti

Yük maşını aşdı, sürücü xəsarət aldı
Ölkə19:31 25.01.2017

Yük maşını aşdı, sürücü xəsarət aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Biləsuvarda yol qəzası baş verib.
Hadisə Biləsuvar rayonunun Xırmandalı kəndindən keçən hissəsində, Bolqarçay çayı üzərindəki körpünün üstündə qeydə alınıb.
İran İslam Respublikasının vətəndaşı, 1946-cı il təvəllüdlü  Həsən Qədiminin idarə etdiyi bitum daşıyan "Maks" markalı qoşqulu yük maşınının aşması, qoşqunun ayrılması Ələt-Astara yolunun bağlanması ilə nəticələnib. Sürücünün idarəetməni itirməsi səbəbindən maşın körpünün məhəccərinə çırpıldığından qoşqusu ayrılıb, müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü isə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Qəza baş verəndən hazırkı vaxta kimi nəqliyyat vasitələri alternativ yoldan istifadə edirlər. Hazırda yolun təmizlənməsinə ağır texnika cəlb olunub.(APA)
Qaynarinfo.Az