Xəbər lenti

Bakı-Sumqayıt yolunda yük maşını qəza törətdi - Yol bağlandı (FOTO)
Ölkə19:59 18.02.2022

Bakı-Sumqayıt yolunda yük maşını qəza törətdi - Yol bağlandı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı-Sumqayıt yolunda ağır tonnajlı avtomobil qəza törədib. 
Qaynarinfo-nun məlumatına görə, hadisə Sumqayıt şəhəri istiqamətində, Xırdalan dairəsində baş verib. 
İlkin məlumata görə, körpü tikintisi üçün beton qurğu daşıyan TIR qəzaya düşüb.
Beton daşıyan qurğu qırılaraq kabinə çırpılıb və maşına ciddi ziyan dəyib.
Hadisə nəticəsində Sumqayıt şəhərinə giriş hissədə böyük tıxac yaranıb.