Xəbər lenti

Yüksək vəzifəyə təyin olunan Murad Nəcəfbəyli kimdir? - DOSYE
Siyasət 16:20 12.04.2023

Yüksək vəzifəyə təyin olunan Murad Nəcəfbəyli kimdir? - DOSYE

Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasi üzrə Dövlət Komissiyasının Katibliyinə rəhbər təyin edilib. Baş nazir Əli Əsədovun imzaladığı sərəncamla Murad Nəcəfbəyli komissiyanın katibi olub.

Qaynarinfo xəbər verir ki, Murad Nizami oğlu Nəcəfbəyli 1994-cü ildən Xarici İşlər Nazirliyi sistemində çalışıb.

2010-cu ildə Azərbaycanın İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

2016-cı ildə Azərbaycanın Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

2021-ci ildə Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Qeyd edək ki, Murad Nəcəfbəylinin qardaşları da Xarici İşlər Nazirliyi sistemində çalışırlar. Murad Nəcəfbəylinin qardaşı Hüseyn Nəcəfov hazırda Azəzrbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışır.

Digər qardaş, Eldar Nizami oğlu Nəcəfov isə Azərbaycan Xarici İşlər Nazirliyinin Avrasiya İdarəsinin rəis müavinidir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->