Xəbər lenti

Yumurtanın qiymətini kim bahalaşdırır? (AÇIQLAMA)
Ekonomiks08:20 26.12.2023

Yumurtanın qiymətini kim bahalaşdırır? (AÇIQLAMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Yumurtanın topdan satış qiymətində dəyişiklik yoxdur. Qiymət iki il bundan öncə necə idisə, indi də elədir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə nisbətən yumurtanın qiyməti bir qəpik ucuzdur".
Bunu Qaynarinfo-ya açıqlamasında "Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai birliyinin sədri Mürvət Həsənov yumurtanın qiymətinin qalxması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. 
"Bir yeşikdə 360 ədəd yumurta var. Yeşiyin qiyməti 53 manatdır. Marketlərdə yumurtanın bir ədəd yumurta 16-17 qəpiyə satılır", deyə ekspert əlavə edib.
Mürvət Həsənov bu gün ölkədə kifayyət qədər yumurta istehsalı olduğunu vurğulayıb:
"Gündəlik 3 milyon 400-600 min təlabatımız, 5 milyona yaxın isə istehsalımız var. Yanvar ayında bu rəqəmi 6 milyona qaldırmağı düşünürük. İxrac potensialı artdıqca düşünürəm ki, matın ayının sonunda 7 milyon, il sonunda isə 8 milyona qaldıracağıq". 
Mürvət Həsənov yumurtanın əlavə dəyər vergisindən azad olunması ilə bağlı hökumətə müraciət olunduğunu qeyd edib:
"Hazırda əlavə dəyər vergisi ödəmirik. Ancaq yanvarın 1-də bu vaxtı bitir. Əgər yumurta və yem qatqılarına olan gömrük rüsümünün vaxtı uzadılarsa, nə yumurta, nə də ətin qiymətinin qalxması real görünmür".
Bahar Rüstəmli