Xəbər lenti

Yunanınstan NATO-ya meydan oxumaq cəsarətini kimdən alır? (ŞƏRH)
Siyasət08:43 31.08.2022

Yunanınstan NATO-ya meydan oxumaq cəsarətini kimdən alır? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yunanlarla müharibədə qələbə gününə həsr olunmuş qala-konsertdə iştirak edərkən qeyd edib ki, Yunanıstanın təxribatçı hərəkətləri qəbuledilməzdir və bununla onlar NATO-ya meydan oxuyur: 
"Bir əsr əvvəl olduğu kimi, Yunanıstandan istifadə edərək vaxtımızı və enerjimizi boş yerə sərf etməyə çalışanların əsl niyyətlərini bilirik. Yunanıstan nə siyasi, nə iqtisadi, nə də hərbi baxımdan bizim rəqibimizdir”. 
Prezident Ərdoğan Yunanıstanın təxribat xarakterli hərəkətlərinin qəbuledilməz olduğunu qeyd edib: "Yunanıstan hava məkanımızın pozulması ilə başlayan və təyyarəmizin S-300 radarlarının tutulması ilə davam edən hərəkətləri ilə NATO və müttəfiqlərinə meydan oxudu”. 
Ərdoğan F-35 döyüş təyyarələrinin verilməməsi məsələsinə də toxunaraq bildirib ki, bundan zərrə qədər də olsa narahat deyillər: 
"Bizə verilməyən F35-ləri Yunanıstana təklif etməklə, ABŞ Rusiyanın hava hücumundan müdafiə sistemlərinin yolunu açdı, çünki onlar bu təyyarələrlə eyni sistemə düşdülər. Aldığımız hava hücumundan müdafiə sistemlərinə görə bizə F-35 vermədilər. Bizim vecimizə deyil. Bizə verilməsində imtina edilən istənilən məhsulu istehsal etmək imkanımız var”. 
Mövzu ilə bağlı Qaynarinfo-ya danışan politoloq Qabil Hüseynlinin fikrincə, yaranmış vəziyyətin günahkarları ABŞ-la Fransadır: 
"Ərdoğan tam haqlıdır. Çünki Yunanıstan sözügedən bölgədə ermənilərin bizim regionumuzda yeritdiyi funksiyanı yerinə yetirir. Afina təcavüzkar, təhdidedici hərəkətlərdə bulunur. Yunanıstan NATO-da müttəfiqi hesab edilən dövlətə qarşı hava hücumundan müdafiə sistemləri olan S-300-ləri işə salır və Türkiyə təyyarələrinin təlim uçuşları zamanı onun radarlarını izləyir. Bu isə yolverilməzdir. Son dövrlər ABŞ və Fransa da əl altından bu işdə Afinaya dəstək verir. Xüsusən də bölgədə ABŞ-ın bir neçə hərbi bazasının yaradılması göstərir ki, Vaşinqton Ankara Afina münasibətlərinin yaxşılaşdırılması deyil, gərginləşdirilməsi yolunu tutub. Ermənistan bölgəmizdə qəyyumlarının işarəsi olmadan hərəkətə keçə bilmədiyi kimi, Afina da ABŞ və Fransanın diktəsilə Türkiyəyə qarşı çıxır. Bu məsələ yəqin ki, Ankara tərəfindən NATO-nun müxtəlif qurumlarında qaldırılacaq və Yunanıstanın təcavüzkar xəttinin dayandırılması üçün tədbirlər görülməsini tələb edəcək. Əks təqdirdə, yaranmış vəziyyət bölgədə yeni qarşıdurmalara gətirib çıxara bilər”.
Politoloq da bildirir ki, verilməsindən imtina edilən təyyarələri Türkiyə lazım gələrsə, özü istehsal etmək gücündədir:
"F-35-lərin ərsəyə gəlməsi, layihələndirilməsində, istehsalla bağlı maliyyə xərclərinin ödənilməsində Türkiyə yaxından iştirak edib. Bu layihəyə azı 10-12 milyon dollar pul xərcləyib. ABŞ isə əvvəl vəd etdiyi həmin təyyarələri verməyəcəyini bəyan edir. F-16-ın yeni modelinin verilməsi və Türkiyədəki F-16-ın modernləşdirilməsi variantına Bayden razılıq versə də, yenə də məsələ gecikir. Bu layihənin həyata keçməsinə Konqres maneə olur. Türkiyə isə bəyan edir ki, verilməsindən imtina edilən həmin məhsulları özü istehsal etmək imkanındadır. Birmənalı olaraq Türkiyə belə imkanlara malikdir.  
Bütün bunlar onu göstərir ki, Yunanıstanla Türkiyə arasında münasibətlərin gərginləşməsində baş rolda ABŞ çıxış edir. Bu isə çox təhlükəli məqamdır”.
Rüfət Sultan