Xəbər lenti

Yunis Oğuz kitab sərgisini tənqid etdi, Şahbaz Xuduoğlu cavab verdi
Sənət08:08 08.10.2022

Yunis Oğuz kitab sərgisini tənqid etdi, Şahbaz Xuduoğlu cavab verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Olaylar” qəzetinin Baş redaktoru Yunis Oğuz Bakıda keçirilən kitab sərgisini tənqid edib.
Qaynarinfo xəbər verir ki, Yunis Oğuz sərgidə Şuşa haqqında yazılan kitabların olmadığını vurğulayıb: 
"Şuşa ilində 8-ci beynəlxalq kitab sərgisi keçirilir, amma bəzi epizodları nəzərə almasaq, Şuşa yoxdur. Gənc nəslin beynini qarışdıran xarici kitablar var, amma Şuşa yoxdur. Təəssüf!”
"Qanun” nəşrlər evinin müdiri Şahbaz Xuduoğlunun sğzlərinə görə, bu proses böyük hazırlıq tələb edir:
"Hazırlıq olmadan nəsə eləmək çox çətindir. Sərgi hər zaman nəyəsə fokuslanır. Bu dəfəki foks Şuşadır. Şuşa ilə bağlı nəşriyyatlarda uşaqlar üçün çap olunan nəşrlər var. Qısa vaxtda hər bir nəşriyyatda Şuşa ilə bağlı kitablar nəşr olunub. Desək ki, tam yoxdur, bu, düzgün deyil. Şuşa haqqında bir fotoalbom, uşaqlar üçün kitab və s. bunlar bazar üçün deyil, xatirə kitabıdır, bunu sata bilməzsən. Uzaq başı onları hədiyyə edə bilərsən. Nəşriyyat digər ədəbiyyatları satır ki, yaşasın. Satmasa, necə dolansın, kim pul verir nəşriyyata? Yunis Oğuz nəşriyyata pul verir? Kim nə gəldi danışır”.
Şahbaz Xuduoğlu deyir ki, nəşriyyatlar dünyada yaxşı satılan və yazılan kitablara baxır və onların da satışını təşkil edir:
"Nəşriyyatlar çalışır ki, burada dünyanın ədəbiyyat ritmini tuta bilsin, oxucunun əlini həmin damarda saxlaya bilsin. Əks halda nəşriyyat yaşaya bilməz”.
Bahar Rüstəmli