Xəbər lenti

Yunusların apellyasiya şikayəti təmin olunmadı
Siyasət07:48 11.03.2016

Yunusların apellyasiya şikayəti təmin olunmadı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Bakı Apellyasiya Məhkəməsində Leyla Yunus və Arif Yunusun apellyasiya şikayətləri üzrə məhkəmə prosesi davam etdirilib.

Vəkil Elçin Sadıqovun APA-ya verdiyi məlumata görə, məhkəmə şikayəti təmin etməyib. Vəkil qeyd edib ki, Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verəcəklər.

Qeyd edək ki, Leyla və Arif Yunuslar müalicə üçün müvəqqəti Azərbaycan Respublikası hüdudlarından kənara çıxmağa icazə verilməsi üçün Yasamal Rayon Məhkəməsinə ərizə ilə müraciət ediblər. Məhkəmə onların müraciətini təmin etməyib. Apellyasiya şikayəti həmin qərardan verilib.

Qaynar.info