Xəbər lenti

Zahid Oruc da İlham Əliyevi təbrik etdi
Ölkə04:51 10.10.2013

Zahid Oruc da İlham Əliyevi təbrik etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Prezidentliyə namizəd Zahid Oruc Mərkəzi Seçki Komissiyasının (MSK) ilkin nəticələrini hüquqi əsas kimi götürərək, ölkə Prezidenti İlham Əliyevi yenidən prezident seçilməsi münasibəti ilə təbrik edib və ona can sağlığı diləyib.

Z.Oruc bildirib ki, 9 oktyabr tarixində Azərbaycan seçiciləri qarşıdakı 5 il üçün öz seçimlərini edərək, böyük səs çoxluğu ilə İ.Əliyevi növbəti müddətə ölkə prezidenti seçiblər.

Prezidentliyə namizəd bunu bütövlükdə Azərbaycan xalqının nailiyyəti kimi xarakterizə edib.

Sonra bütün namizədləri seçkilərin nəticələrini tanımağa dəvət edən Zahid Oruc əmindir ki, bu seçkilər Azərbaycanın  həyatında mühüm bir mərhələyə çevriləcək.

O, sonda bir daha yeni prezidentə uğurlar diləyib.

Modern.az