Xəbər lenti

Zahid Oruc Fərəc Quliyevin partiyasına keçir
Siyasət07:41 16.08.2013

Zahid Oruc Fərəc Quliyevin partiyasına keçir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

AVP-dən çıxarılan Zahid Oruc deputat həmkarı Fərəc Quliyev tərəfindən Milli Dirçəliş Hərəkatı Partiyasına (MDHP) Ali Məclisin üzvü kimi gətiriləcək.

Qaynar.info-ya daxil olan məlumata görə, Z.Oruc prezident seçkiləri ərəfəsində kampaniya başlayan zaman F.Quliyevin xeyrinə namizədliyini geri götürəcək. Buna Z.Orucu məcbur edən isə siyasi karyerasının üzrərindən xətt çəkilmə riskinin olmasıdır.

MDHP-dən Z.Oruca partiyada olacağı təqdirdə MDHP-nin siyasi xəttinə uyğun davranmalı olduğu da bildirilib və müəyyən şərtlər də irəli sürülüb.
Məlumatda o da qeyd olunur ki, seçki ərəfəsində Qüdrət Həsənquliyev və İqbal Ağazadə də Fərəc Quliyevə dəstək verərək onun xeyrinə geri çəkiləcəklər.

Qaynar.info