Siyasət 12:17 07.04.2023

Zahid Oruc: "İranla münasibətləri tənzimləməyə heç bir struktur qalmayıb"

"İran Azərbaycan münasibətləri 1991-1993-cü illəri çıxsaq, ən aşaği səviyyəyə düşüb". 

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Zahid Oruc deyib.

"İran parlamentinin ölkəmizin İsraildə səfirliyinin açılmasına qarşı bəyanatı son 3 ildə dini və hərbi rəhbərliyin hücumlarına bütün dövlət hakimiyyətinin qoşulması deməkdir. Beləliklə, İran və Azərbaycan münasibətləri 1991-93 cü illəri çıxsaq, ən aşağı vəziyyətə düşüb və gərginliyi çözmək üçün başqa struktur qalmayıb. İran Məclisi İslam Konfransı Təşkilatına müraciət edib ki, ölkəmizin İsraillə münasibətlərinə mane olsun. Əlbəttə, absurd iddiadır, lakin əvəzində Azərbaycan İranın Ermənistanla münaisbətlərinin İKT-də müzakirəsi üçün əlverişli fürsət qazanıb"

Qafqaz Rafiqoğlu