Xəbər lenti

Zakir Həsənov Belarusiyada rəsmi səfərdədir
Ölkə10:53 08.10.2017

Zakir Həsənov Belarusiyada rəsmi səfərdədir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Oktyabrın 8-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Belarusa rəsmi səfəri başlayıb.

"Qaynarinfo" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Belarusun müdafiə naziri general-leytenant Andrey Ravkovun dəvəti ilə bu ölkəyə səfəri çərçivəsində general-polkovnik Z.Həsənov Belarusun hərbi-siyasi rəhbərliyi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlər keçirəcək, eləcə də hərbi sənaye kompleksinə daxil olan müəssisələri ziyarət edəcək.

Görüşlərdə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və genişləndirilməsi, təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunacaq.

Qaynarinfo.Az