Xəbər lenti

“Zakir Həsənov nazir oğullarını da orduya çağırtdırır” - GENERAL
Ölkə18:00 11.02.2016

“Zakir Həsənov nazir oğullarını da orduya çağırtdırır” - GENERAL

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yəqin xatırlayırsınız, bir müddət əvvəl Amerikanın öz dəqiq və mötəbər hesabatları ilə seçilən Global Firepower təşkilatının reytinqində Azərbaycan ordusu dünya ölkələrinin ən güclü Silahlı Qüvvələri sırasında 50-ci yerə layiq görülmüşdü.

Azərbaycan ordusunun sabiq korpus komandiri, Birinci Qarabağ Müharibəsinin iştirakçısı, general-leytenant Yaşar Aydəmirov haqqin.az-a eksküliziv müsahibəsində Silahlı Qüvvələrimizdəki bugünkü durum, aparılan hərbi islahatlar, eləcə də ordunun nüfuzunun artırılması üçün görülən işlərdən danışıb.

General öz müsahibəsində cəmiyyəti maraqlandıran olduqca mühüm bir məsələyə- imkanlı, vəzifəli şəxslərin övladlarının orduya çağırılmaması ilə bağlı məqama da aydınlıq gətirib

Y.Aydəmirov bildirib ki, Zakir Həsənov nazir təyin olunandan sonra orduya nəinki hansısa məmurların, hətta nazirlərin oğulları da çağırılır: “Ölkəni hamı qorumalıdır: həm varlılar, həm də kasıblar. Burada başqa variant ola bilməz. Əgər biz bu ölkənin havası ilə nəfəs alırıqsa, onun çörəyini yeyiriksə və əgər bizim əcdadlarımız burada dəfn olunubsa, onu son damla qanımıza qədər qorumaq hər birimizin borcudur”.

Virtualaz.org bildirir ki, müsahibənin rus diıində olan variantını bütövlükdə bu lingdən oxuya bilərsiniz.

Qaynar.info