Xəbər lenti

Zakir Həsənovdan xəbərdarlıq: “Düşmən “İsgəndər”lərdən istifadə edəcəyi halda...”
Ölkə11:28 06.10.2020

Zakir Həsənovdan xəbərdarlıq: “Düşmən “İsgəndər”lərdən istifadə edəcəyi halda...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Düşmən tərəfindən "İsgəndər" əməliyyat-taktiki raket komplekslərinin tətbiq olunacağı halda, adekvat tədbir görüləcək". 
Qaynarinfo xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov oktyabrın 6-da xüsusi xidməti müşavirədə deyib. 
Nazir Azərbaycan Ordusuna arsenalındakı yüksək dəqiqlikli və böyük dağıdıcı qüvvəyə malik silah növlərini tətbiq etməklə düşmən tərəfinin hərbi-strateji infrastrukturuna böyük zərbələr endirməyi planlaşdırmağı əmr edib.