"Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov keçirdiyi son müşavirədə çox önəmli məsələlərə toxundu. Türkiyədə qeyd olunan Zəfər günü münasibətilə Türkiyənin Müdafiə naziri və Baş qərargah rəsini təbrik etdi. Eyni zamanda cari vəziyyətlə bağlı da önəmli fikirlərini bölüşdü”.
Bunu "Qaynarinfo”ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.
Onun sözlərinə görə, bölgədə sülhün, təhlükəsizliyin, sabitiliyin, əminamanlığın bərqərar olunması üçün Azərbaycan əlindən gələn bütün tədbirlərdə iştirak edir, lakin Ermənistan tərəfi davamlı olaraq təxribatlar törədməkdə maraqlıdır:

"Rusiya sülhməramlılarının Azərbaycan ərazisində müvəqqəti yerləşdirilməsinə baxmayaraq, təxribatlar səngimək bilmir, müxtəlif məlumatlar hər gün informasiya seqmentində dolaşır. Bu təxribatların qarşısını almaq üçün əməli-taktiki fəaliyyət həyata keçrilməlidir və ilk növbədə hərbi qulluqçularımızın peşəkarçılığının artırılması, Silahlı Qüvvələrin təkmiləşdirilməsi, şəxsi heyət arasında mənəvi-psixoloji durumun yüksəldilməsi istiqaməti mühüm əhəmiyyət kəsb edir. Və bu xüsusda müşavirədə qeyd olunub ki, son dövlər Azərbaycan Silahlı Qüvvələri ilə yanaşı olan ərazilərdə erməni tərəfi davamlı olaraq yanğınlar törədir və bu yanğınların Azərbaycan ərazisinə keçməsində ermənilər maraqlıdırlar. Hərbi qulluqçularımız arasında yanğın təhlükəsizliyi qaydalarının geniş təbliğ olunması mühüm əhəmiyyət kəs edir. Bununla yananşı, ərazilərdə külli sayda minalar və partlamamış sursatlar var və bu təhlükəni nəzərə alaraq, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti arasında minaya qarşı olan mübarizə tədbirləri aşılanmalı və bu məlumatlar çatdırılmalıdır. Digər tərəfdən, Azərbaycan tərəfi təxribatların qarşısın almaq üçün Ermənistan tərəfində mühəndis istehkam qurğularının, maneələrin, döyüş postlarının təsis olunmasını nəzərə alsaq, mühüm praktiki addımlar atılmalıdır. Eyni zamanda bu müşavirənin keçirilməsi, bundan öncə keçirilmiş müşavirəni də nəzərə alsaq, Azərbaycanın Silahlı Qüvvələri döyüş hazırlığına gətirilib və istənilən ssenarinin qarşısını almaq və "Dəmir yumruq” əməliyyatını davam etdirmək üçün istənilən senariyə Azərbaycan tərəfi hazırdır. Lakin Azərbaycan tərəfi dəfələrlə bildirib ki, müharibə artıq bitib, münaqişə arxada qalıb, bölgədə sülhün, təhlükəsizliyin, sabitiliyin, əminamanlığın bərqərar olunması üçün Azərbaycan əlindən gələn bütün tədbirlərdə iştirak edir, birgəyaşayışın ilkin təməllərinin qurulması və bu istiqamətdə birgə fəaliyyət göstərmək üçün bütün mümkün platformalardan istifadə etmək niyyətini bəyan edib. Lakin buna baxmayaraq, Erməmistan tərəfi davamlı olaraq təxribatlar törədməkdə maraqlıdır. Ermənistanın yeni müdafiə naziri müxtəlif silahların alınmasında iştirak edir, müxtəlif silahların Ermənistan silahlı qüvvələrinin tərkibinə, istifadəsinə verilməsinə çalışır. Bütün bunlar gərginliyin artırılmasına xidmət edən addımlardır. Ermənistan tərəfi bu addımlardan çəkinməli və sülhün qorunması istiqamətində addımlar atmalıdır. Azərbaycan tərəfi isə istənilən halda Silahlı Qüvvələrimizin, eləcə də mülki vətəndaşlarımızın sağlamlığını və təhlükəsizliyini qorumaq istiqamətində addımlar atır və bu addımlar geniş miqyaslı xarakter daşıyır”, - politoloq bildirib.
Fəxri