
Azərbaycanda fəaliyyət göstərən bəzi məmurların aldığı əmək haqqı ilə heç cür uzlaşmayan təmtaraqlı həyat tərzi barədə mətbutda çeşidli materiallar dərc edilib. Hətta vəziyyət o həddə çatdı ki, Prezident İlham Əliyev məmurlara harın həyat tərzindən imtina etməklə bağlı açıq mətnlə xəbərdarlıq belə etdi.
Ölkə Prezidenti bir müddət əvvəl, Səbail rayonu ərazisində olan "Dostluq" parkında inşa edilən və dəyəri milyonlarla ölçülən villaların sökülməsi ilə bağlı tapşırıq verdi. Həmin vaxt, Prezidentin özünün də qeyd etdiyi kimi, məlum villaların sahibləri tapılmadı. Qeyd edək ki, “Dostluq” parkında yaşananlardan dərs götürməyən, öz harın həyat tərzini davam etdirən məmurlarımız heç də az deyil. Belə icra başçılarından biri də Zaqatala rayon İcra hakimiyyətinin başçısı Mübariz Əhmədzadədir. Öz çirknin əməllərinin və rayona ayrılan pulların yeyilməsini xalqdan gizlətmək istəyən icra başçısının milyonluq villasının fotoları əlimizə keçib. Belə ki, Zaqtaladan yığdığı pullarla Mübariz Əhmədzadə Qax rayonunun İlisu kəndinin ən mənzərəli yerində, dağların qoynunda özünə dəbdəbəli villa tikib. Yerli sakinlərin bildirdiyinə görə, icra başçısı yay aylarında bu villada yaşayır. Bildirilir ki, İlisudakı karyerləri qanunsuz olaraq ələ keçirən Zaqatala rayon icra başçısı bu kənddə, demək olar ki, sevilmir. Sakinlərin sözlərinə görə, karyerdə kənd sakinlərini gündə 12 saat çalışdıran icra başçısı onlara qəpik-quruş verir. Mübariz Əhmədzadənin İlisu kəndindəki milyonluq villasından danışan kənd sakinləri icra başçısının 62 AA 001 dövlət nömrə nişanlı xidməti maşınının tez-tez villanın qarşısında dayandığını bildirirlər. Deyilənə görə, İcra başçısı it həvəskarıdır və İlisuda xüsusi cins itlər saxlayır. Sakinlər bildirir ki, villanın qoruyucuları olan bu itləri Mübariz Əhmədzadə Almaniydan gətizdirib: “İtlərə xüsusi adam baxır. Onlar üçün Bakıdan və Gürcüstandan xüsusi yem gətizdirilir. İlisuda bu itlərə heç kim toxuna bilməz. İtlərin əsas vəzifəsi Mübariz Əhmədzadəninin villasını kənar adamlardan qorumaqdır. Xüsusi təlim görmüş bu itlər villaya icazəsiz girəni tikə-parça edər”. Mübariz Əhmədzadə bu villanı hansı qazancla əldə etməsi ilə bağlı ictimaiyyəti maraqlandıran suallara açıqlıq gətirmək istəsə, onun mövqeyini dərc etməyə hazırıq. Yerli sakinlər onu da bildirdi ki, bu villa 2016-cı ilin əvvələində tikilib. Bu isə prezidentin Zaqatala parkının və şəhərin abadlaşması üçün 1 milyon manata yaxın pul ayırmasından sonrakı dövrə təsadüf edir. Görünür icra başçısı Zaqatala üçün ayrılan pulla özünə villa tikib. Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin villasının şəkillərini təqdim edirik.
Tural Mahmudov
Qaynarinfo.Az