
Zaqatala rayonunda dövlət qurumlarının yerləşdiyi inzibati bina yanıb.
Qaynar.info xəbər verir ki, bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Yanğından Mühafizə Hissəsindən (YMH) məlumat verilib.
Məlumata görə, marın 14-də saat 03:48 radələrində Zaqatala rayonu, Kəpənəkçi kəndində kənd bələdiyyəsinin, Zaqatala rayon icra başçısının Kəpənəkçi ərazisi üzrə nümayəndəliyinin, YAP-ın və Kəpənəkçi kənd kitabxanasının yerləşdiyi, ümumi sahəsi 120 kv/m olan birmərtəbəli taxta konstruksiyalardan ibarət inzibati binada yanğın baş verib.