Xəbər lenti

Zaur Baxşəliyevin verilişi Ağcabədini ayağa qaldırdı
Ölkə11:50 12.03.2014

Zaur Baxşəliyevin verilişi Ağcabədini ayağa qaldırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu dəqiqələrdə Ağcabədidə etiraz aksiyası keçirilir. 

Gunxeber.com-un bölgədəki əməkdaşının verdiyi məlumata görə, Ağcabədi Rayon İcra hakimiyyətinin qarşısına 500 nəfərdən çox adam toplaşıb.  

Rayon sakinləri teleaparıcı Zaur Baxşəliyevin ATV telekanalında yayımlanan “Ümid var” verilişində ağcabədililəri aşağılayan süjetlər verməsi və təhqiramiz ifadələr işlətməsinə etiraz edirlər. 

İcra hakimiyyətindən sakinlərə bildirilib ki, onların etirazı lazımi instansiyalara çatdırılacaq.

Qaynar.info