23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizədliyi qeydə alınan "CinemaPlus” kinoteatrlar şəbəkəsinin İdarə Heyətinin üzvü Zaur Darabzadənin debatla bağlı təklifini həmin seçki dairəsinin daha bir deputatlığa namizədi dəstəkləyib.
Qaynarinfo xəbər verir ki, bu barədə həmin dairənin namizədlərindən olan Taleh Şahsuvarov facebook-da yazdığı şərhdə bildirib. T.Şahsuvarov şərhində Zaur Darabzadə, Ziyad Səmədzadə, Toğrul Vəliyev və özünün iştirakı ilə birgə debat təşkil olunmasını istəyib.
Qeyd edək ki, bundan əvvəl Z.Darabzadə bir neçə gün əvvəl ABŞ təcrübəsindən çıxış edərək bütün namizədlərlə birgə debatın təşkil olunmasını təklif etmişdi.