
Gənclərin Atlantik Müqaviləsi Assosiasiyasının rəhbəri Zaur Əkbər Brüsseldə görüşlər keçirir.
Bu barədə məlumatı "Qaynar"a Zaur Əkbər verib.
O bildirib ki, Avropa Parlamentində qurumun Demokratiyaya Dəstək Bürosunun rəhbəri Pietro Ducci, Xarici İşlər Komitəsində Katibliyin rəhbəri Armelle Douaud, Demokratiya ve Seçkilər ofisinin rəhbəri Cristina Castagnoli və Avronest ve Rusiya üzrə ofisin rəhbəri Sabina Mazzi-Zissis ilə birgə görüşü olub.
Görüşdə demokratiya, insan haqqları və Dağlıq Qarabağ məsələləri əsas müzakirə mövzusu olub.
Qaynar.Az