Xəbər lenti

Zaur Əkbərin Amerikada işgüzar görüşləri davam edir
Siyasət12:50 15.11.2016

Zaur Əkbərin Amerikada işgüzar görüşləri davam edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gənclərin Atlantik Müqaviləsi Assosasiyasının rəhbəri Zaur Əkbər Amerika Birləşmiş Ştatlarında işgüzar görüşləri davam edir.

Qaynarinfo.Az xəbər verir ki, Zaur Əkbər Amerika Yehudi Komitesinin Vaşinqton ofisində və ABŞ Konqresində Senatın rəhbəri Harry Reidin baş məsləhətçisi və Senatın Demokratiya Müxtəlifliyi Təşəbbüsünün Direktoru Maria Robles Meier ilə görüşüb.

Görüşdə ABŞ Konqresində azlıqların peoblemləri, onlarla bağlı qanunvericiliyin necə hazırlanması, müxtəlif dinlərdən ve irqlərdən olan insanların Konqresde necə bir heyət halında çalışmaları müzakirə edilib.

Zaur Əkbər bildirib ki, Amerika Yəhudi Lobbisinin Vaşinqton ofisi daha çox siyasi qərarlar qəbul edən Amerika Konqresi, Dövlət Departamenti ve Ağ Evlə siyasi məsələlərlə bağlı müxtəlif sahələr üzrə lobbiçilik fəaliyyəti həyata keçirir ve yaxından əməkdaşlıq edir.

Qaynarinfo.Az