Xəbər lenti

Zaur Mirzəzadənin məhkəməsi başlayıb - Kassasiya şikayətinə baxılır
Ölkə11:55 14.11.2022

Zaur Mirzəzadənin məhkəməsi başlayıb - Kassasiya şikayətinə baxılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ali Məhkəmədə Xalq.az saytının baş redaktoru və Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin direktoru Zaur Mirzəzadənin kassasiya şikayətinə baxılıb. 
Jurnalistin vəkili Kamran Musayev Qaynarinfo-ya bildirib ki, 8 oktyabr 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsində Zaur Mirzəzadə barəsində bəraət hökmü çıxarılıb. Dövlət ittihamçısı hökmdən protest verib. Bakı Apellyasiya Məhkəməsi isə birinci instansiyanın hökmünü dəyişdirərək, Zaur Mirzəzadəni 5 il azadlıqdan məhrum edib.
Vəkilin sözlərinə görə, jurnalist Aygün Tarverdiyeva adlı qadının yalan və böhtan xarakterli şahidliyi əsasında istintaqa cəlb edilib. Kamran Musayev qeyd edib ki, Zaur Mirzəzadə barədə çıxarılan hökm qanunsuzdur: "Bu baxımdan, kassasiya şikayəti vermişdik. Bu gün ilk iclas oldu və proses noyabrın 23-nə təxirə salındı. 
Zaur Mirəzazadə barəsində çıxarılan hökmdə göstərilən əsaslar işin mahiyyətinə uyğun deyil. Cinayət hadisəsi mart ayında törədilib. Məhkəmənin istinad etdiyi mesajlar isə əvvəlki aylarda yazılıb. Biz açıqlama vermişik ki, həmin mesajların hadisə ilə əlaqəsi yoxdur. Zaur Mirzəzadə günahsızdır. Ali Məhkəmənin Zaur Mirzəzadə barədə ədalətli qərar verəcəyinə inanıram”.
Seyid