Xəbər lenti

Zaxarova Qərbi Cənubi Qafqaza soxulmaqda ittiham etdi: “Ermənistan-Azərbaycan münaqişəsi..."
Siyasət07:37 01.03.2023

Zaxarova Qərbi Cənubi Qafqaza soxulmaqda ittiham etdi: “Ermənistan-Azərbaycan münaqişəsi..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ermənistan-Azərbaycan münaqişəsinin həlli Rusiyanın sülh təşəbbüsləri ilə həyata keçəcək”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O, həmçinin Qərbin Cənubi Qafqazdakı vəziyyətə soxulmaq cəhdlərini kobudluq kimi qiymətləndirib: "Bu cəhdlər münaqişənin həllinə deyil, tamam başqa məqsədlərə hesablanıb. İndi Qərb daha da fəallaşıb”.
Rusiya XİN sözçüsü xatırladıb ki, Qərb tərəfdaşlarının iştirakı ilə münaqişələrin həlli ilə bağlı uğurlu nümunələr yoxdur və Qərbin təşəbbüsü ilə münaqişələrin sayı artır: "Heç kim deyə bilməz ki, harasa kollektiv Qərbin ayağı, əli və ya düşüncəsi gəlib və ora daha yaxşı hala gəlib".//Report.az