Xəbər lenti

Zaxarovadan Fərrux kəndi ilə bağlı açıqlama: "Delimitasiya prosesi ilə əlaqəsi yoxdur"
Siyasət12:54 15.06.2022

Zaxarovadan Fərrux kəndi ilə bağlı açıqlama: "Delimitasiya prosesi ilə əlaqəsi yoxdur"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Fərrux kəndinin Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası prosesi ilə əlaqəsinin olmadığını bildirib.
Qayanrinfo xəbər verir ki, XİN rəsmisi bu barədə bugünki brifinqdə danışıb. 
Zaxarova bildirib ki, Rusiya ən yaxın vaxtda Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı ikitərəfli komissiyanın ikinci iclasını keçirməyə hazırdır:
"Biz mayın 24-də Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı ikitərəfli komissiyanın birinci iclasının keçirilməsini alqışlamışıq. İkinci görüşün Moskvada keçirilməsi razılaşdırılıb. Biz öz tərəfimizdən bu görüşü ən yaxın vaxtda təşkil etməyə hazırıq. Azərbaycan və Ermənistandan olan tərəfdaşlarımızdan görüşün tarixi ilə bağlı təkliflər gözləyirik".