Xəbər lenti

Özbəkistan Hayastanla qardaşlaşır: Bəs Türk Dövlətləri Təşkilatı?..
Siyasət13:41 15.02.2022

Özbəkistan Hayastanla qardaşlaşır: Bəs Türk Dövlətləri Təşkilatı?..

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Hər halda bu məsələ ilə bağlı Azərbaycan diplomatiyası daha aktiv fəallıq nümayiş etdirməlidir”. 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa hələ də işğal siyasətindən əl çəkməyən Ermənistanın Gümrü şəhərilə Özbəkistanın Səmərqənd şəhərinin qardaşlaşmış şəhərlər olması barədə əldə olunan razılığı şərh edərkən deyib:
"Bakı bu fonda konkret dövlətdə təmsil olunan rəsmilərə çatdırmalıdır ki, burada Azərbaycanın maraqlarına uyğun olmayan hallar var. Məsələ ciddi şəkildə müzakirə olunmalı və ona münasibət bildirilməlidir. Həqəqətən də Türk Dövlətləri Təşkilatında təmsil olunmaqla bir-birimizlə həmrəylik edir, dəstək və maraqlarımızın qorunması barədə düşünürüksə, Özbəkistanın belə bir addıma yol verməsi qəbuledilməzdir”. 
Deputat Azərbaycan Xarici İşlər Nazirliyini bununla bağlı müvafiq addımlar atmağa səslədi: 
"Azərbaycan XİN-i və digər qurumlar bu istiqamətdə müvafiq addımlar atmalıdır. Ən azından Daşkənd rəsmilərinə tövsiyə etməliyik ki, bu vəziyyət Özbəkistanın müəyyən dərəcədə faşist dövlətilə əlaqə qurması kimi anlaşılır. Ermənistan hələ də işğalçı və türkofobiya siyasətindən əl çəkməyib. Onun türkofobiya siyasəti isə həm də Özbəkistana qarşı yönələn siyasətdir. Ona görə də bunu hamımızın dərk etməsi lazımdır”.
Rüfət Sultan