Xəbər lenti

“Zəhər tuluğu” təqdim edildi: Bu gündən kinoteatrlarda (FOTOLAR)
Sənət09:03 23.12.2021

“Zəhər tuluğu” təqdim edildi: Bu gündən kinoteatrlarda (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünən "Zəhər tuluğu” filminin qala gecəsi baş tutub.
Qaynarinfo xəbər verir ki, Heydər Əliyev Sarayında keçirilən təqdimata ekran işinin yaradıcı və aktyor heyəti ilə yanaşı, sənət adamları da qatılıblar.
Sosial dram və komediya janrında çəkilən film izləyicilər tərəfindən böyük maraq və alqışla qarşılanıb. 
Təqdimatda iştirak edən tamaşaçılar filmi izləyərkən, duyğulu anlar yaşayıb.
Xatırladaq ki, ekran işinin baş prodüseri Orxan Mərdan, quruluşçu rejissorları Teleh Yüzbəyov və Orxan Mərdan, quruluşçu operatoru İman İmanov, ssenari müəllifləri Orxan Mərdan, Taleh Yüzbəyov, Pərviz Həsənov və Cəlil Cavanşirdir.
Filmdə Taleh Yüzbəyov, Ləman Mərrih, Nəzakət Heydərova, Əlixan Rəcəbov, Cavidan Novruz, Şaban İmkani, Kəmalə Onur, Zülfiyyə Qurbanova, xalq artisti Səidə Quliyeva, Tural Əhməd, Əməkdar artist Rasim Cəfər, Oktay Mehdiyev, Əməkdar artist Hüsniyyə Mürvətova, Könül Cəfərzadə, Emil Musayev, Nəsibə Eldarova və başqaları rol alıb.
Filmin informasiya dəstəkçiləri Qaynarinfo.az, APA, Olay.az, Araz FM və Xəzər Televiziyasıdır.
Qeyd edək ki, "Zəhər tuluğu” bu gündən etibarən şəhərin bütün kinoteatrlarında yayımlanacaq.
Günay