Xəbər lenti

Zelenski ilə birlikdə rol alan aktrisa Ruslana Pisanka vəfat etdi
Sənət08:20 19.07.2022

Zelenski ilə birlikdə rol alan aktrisa Ruslana Pisanka vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynalı aktrisa və teleaparıcı Ruslana Pisanka dünyasını dəyişib. O, vətənindən uzaqda – Rusiyanın Ukraynaya hücumundan sonra getdiyi Almaniyada ölüb.
57 yaşın içində olan Pisanka ağır xəstəlikdən əziyyət çəkib.
Qaynarinfo MK-ya istinadla xəbər verir ki, aktrisa fevralın əvvəlində tamaşa zamanı huşunu itirib və xəstəxanaya yerləşdirilib. Ukraynalı qadın ayağının sındığını və əməliyyat olunmalı olduğunu bildirib.
Pisanka "İnter” telekanalında təqdim etdiyi hava proqnozları ilə məşhurlaşıb. Aktrisanın iştirak etdiyi televiziya layihələri arasında prezidentliyə gəlməmişdən əvvəl şoumen olan Volodimir Zelenski ilə "İş romansı”, həmçinin "Ulduzlarla rəqs” realiti-şousu və "Qudalar” serialı var.
Ruslana Pisanka (əsl adı - Pisanko) kinematoqrafçılar ailəsində anadan olub, atası operator olub. Ukraynadan başqa Rusiya Federasiyası, Polşa və Hollandiyada filmlərdə rol alıb. Pisanka həm də Rusiya Müstəqil Teatrının səhnəsindəki işi ilə tanınır.
Alpər