Zelenski : "İşğaldan azad olmaq on minlərlə insan həyatına başa gələcəksə..." (VİDEO)
Ukrayna ərazilərinin işğaldan azad edilməsi on minlərlə insanın ölümünə səbəb olmamalıdır.
Qaynarinfo xəbər verir ki, bu sözləri mayın 31-də slovakiyalı həmkarı Zuzana Çaputova ilə birgə keçirdiyi brifinqdə Ukrayna prezident Volodimir Zelenski deyib.
Ukraynanın dövlət başçısı Rusiya işğalçıları tərəfindən müvəqqəti işğal olunmuş bütün ərazilərini işğaldan azad edəcəklərini xatırladıb.
"...Biz işğaldan azad olunma tarixlərinə bağlı deyilik. Biz insanlara bağlıyıq... Əgər konkret bölgənin işğaldan azad edilməsi ilə bağlı bu və ya digər əməliyyatlarımız on minlərlə qurban bahasına olacaqsa, o zaman xalqımızı mümkün qədər xilas etmək üçün müvafiq silahları gözləyəcəyik. Əraziləri işğaldan azad edən onlardır. Düzünü desəm, ukraynalıların yaşamadığı bu ərazilər bizim üçün prioritet deyil. Məncə, ilk növbədə, biz mümkün qədər Rusiya Federasiyasının bütün planlarını dəf etməyə qadir olan xalqımız haqqında düşünməliyik”, - deyə Zelenski vurğulayıb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər