Xəbər lenti

Zelenski İsraili qınadı: "Bizə hava hücumundan müdafiə sistemləri verilsəydi..." (VİDEO)
Siyasət17:14 24.10.2022

Zelenski İsraili qınadı: "Bizə hava hücumundan müdafiə sistemləri verilsəydi..." (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əgər İsraildəki siyasətçilər Ukraynanın xahiş etdiyi bir qərar qəbul etsəydilər, Rusiya-İran ittifaqı mövcud olmayacaqdı.
Qaynarinfo bu barədə Ukrayna prezidenti Volodimir Zelenskinin bəyanatına istinadən xəbər verir .
"Sizcə, Rusiya buna görə İrana nə ödəyir? Məgər İranı sadəcə pul maraqlandırır? Yəqin ki, ümumiyyətlə heç pul deyil, Rusiyanın nüvə proqramına yardımı maraqlandırır. Yəqin ki, onların müttəfiqliyinin mənası budur", deyə prezident bildirib.
Onun sözlərinə görə, əgər vaxtilə İsraildə siyasətçilər Ukraynanın xahiş etdiyi bir qərar qəbul etsəydilər, onların bu ittifaqı baş tutmazdı.
"Hər dəfə qərargahın iclasında Rusiya terrorunu müzakirə etdikdə, səmanı qorumaqda bizə artıq yardım edən və ya kömək edə biləcək tərəfdaşları da xatırlayırıq, təəssüf ki, "İsrail” və "İsrail istehsalı” sözləri səslənmir. Təbii ki, bu, sizin dövlətinizin, hökumətlərinizin qərarıdır. Belə görünür ki, bu, çoxdan, hələ 2014-cü ildə, Rusiya Ukraynaya qarşı təcavüzə başlayanda verilib. Kremli qıcıqlandırmamaq və Ukraynaya kömək etməmək qərarı realdır”, deyə Zelenski əlavə edib.
Ukrayna prezident bildirib ki, Ukrayna və İsrail birgə hərəkət edərsə, Rusiya ilə İran arasında müttəfiqlik mənasızlaşa bilər.
Nizami Bağırov