Ukrayna işğal olunmuş bütün əraziləri azad edildikdən sonra Rusiya ilə danışıqlara qayıdacaq.
Qaynarinfo xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiyanın NHK nəşrinə müsahibəsində bildirib.
"Biz bütün ərazimizi qaytarmalıyıq, lakin bunun əvəzini ödəməliyik. Sonra danışıqlar masasına oturacağıq" - deyə Zelenski şərtini açıqlayıb.
O, Krımın və Donbasın Ukraynaya məxsus olduğunu bir daha diqqətə çatdırıb. Eyni zamanda bildirib ki, indi əsas vəzifə 3 ay ərzində ələ keçirilən rayonların azad edilməsidir.
Şərhlər