Xəbər lenti

Zelenski xalqa müraciət etdi: Ələ keçirilən bütün torpaqlar azad ediləcək
Siyasət07:44 14.06.2022

Zelenski xalqa müraciət etdi: Ələ keçirilən bütün torpaqlar azad ediləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna hazırda Rusiya qüvvələri tərəfindən işğal olunmuş bütün şəhər, qəsəbə və rayonları azad edəcək.
Qaynarinfo "Aljazeera” saytına istinadla xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib. 
"Biz Xersona gələcəyik. Xerson sakinləri ordumuzu şəhərin küçələrində qarşılayacaqlar... Biz Melitopola gələcəyik. Biz bütün Melitopol sakinlərinə qorxusuz yaşamaq imkanını qaytaracağıq”, - Zelenski bildirib.
Zelenski Mariupolu üçüncü dəfə azad edəcəklərini deyib. O şəhərin əvvəlcə 1943-cü ildə, sonra isə yenidən, 2014-cü il iyunun 13-də Rusiyanın dəstəklədiyi separatçılardan azad edildiyini bildirib.
"Biz Enerqodara gələcəyik. Şəhərdə rus hərbçilərinə qarşı küçələrə çıxan, işğalçılarla əməkdaşlıqdan imtina edən və bu gün bizi gözləyən hər kəsə təkrar etmək, bir daha demək istəyirəm ki, biz Enerqodarımızı unutmamışıq”, - deyə o əlavə edib.
Nurlan Hüseynov