Xəbər lenti

Zelenskinin Rusiya və HƏMAS haqqında sözləri Ukraynanın ziyanına işləyib -
Dünya 17:14 20.11.2023

Zelenskinin Rusiya və HƏMAS haqqında sözləri Ukraynanın ziyanına işləyib - "The Guardian"

Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya ilə HƏMAS arasında oxşarlıqlar barədə sözləri Yaxın Şərqdə Ukraynaya daha geniş dəstək koalisiyasının yaradılmasına imkan vermədi.

Qaynarinfo "The Guardian"a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofsi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

Nəşrin fikrincə, bu sözlər Ukraynanın yeni təyin olunmuş xarici işlər naziri Rustem Umerovun mandatının əsas hissəsi olan Yaxın Şərqdə və Qərbdən kənarda digər bölgələrdə alyanslarını genişləndirmək istəyini sarsıdıb.

Xüsusilə, Podolyak etiraf edib ki, bir çox qeyri-Qərb dövlətləri ilə münasibətlərdə "soyuma” var.

"Bu, Rusiyaya qarşı mübarizədə Ukraynaya daha geniş dəstək koalisiyasının yaradılmasını çətinləşdirib", deyə Podolyak bildirib.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra Ukrayna prezidenti sonuncunu dəstəkləyən bir neçə bəyanatla çıxış edib. Xüsusilə, onlardan birində Zelenski Rusiya və HƏMAS-ı yalnız bir fərqlə "eyni şər” adlandırıb - "İsraili vuran terror təşkilatı var, burada da Ukraynanı terrorçu dövlət vurur”. 

Bundan əlavə, Ukrayna lideri bəyan edib ki, Rusiya bu cür addımlara (HƏMAS-ın İsrailə hücumu-red.) kömək edənlərdən biridir və arxasındadır.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->