XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Zəlzələdən istifadə edən PKK Türkiyəyə hücum etdi, cavabını aldı
Dünya07:20 07.02.2023

Zəlzələdən istifadə edən PKK Türkiyəyə hücum etdi, cavabını aldı

Kürdüstan Fəhlə Partiyası (PKK) dağıdıcı zəlzələdən istifadə edərək, Türkiyənin Suriya ilə sərhəd məntəqəsinə hücum edib. 
Qaynarinfo Hürriyyət-ə istinadla xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.
"İnsanlıq hissindən məhrum terror təşkilatı PKK/YPG zəlzələdən istifadə edərək Tel-Rifaatdan Öncüpınar sərhəd zastavamızın cavabdeh olduğu əraziyə çox lüləli reaktiv yaylım atəşi sistemi ilə namərdcəsinə hücum edib. Qoşunlarımız xəsarət və itki verməsə də, terrorçuların hədəflərinə cavab zərbəsi endirilib”, - deyə nazirliyin "Twitter” səhifəsində qeyd edilib.
Alpər