Xəbər lenti

“Zəncirlənmiş adam” Şah Mat Teatrında
Sənət10:10 30.10.2019

“Zəncirlənmiş adam” Şah Mat Teatrında

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şah Mat Teatrı 31 oktyabrda "Flora Hostel Baku"nun  səhnəsində dünya şöhrətli Argentina yazıçısı  Osvaldo Draqunun "İtə çevrilən adam" hekayəsinin motivləri əsasında hazırlanan  "Zəncirlənmiş adam" adlı səhnə əsərini tamaşaçılara təqdim edəcək.
Qaynarinfo xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov və Ümid Abbas, quruluşçu rəssamı Səbinə Abutalıbzadir. Absurt üslubunda  hazırlanan tamaşada obrazları Mir Qabil Əkbərov,Əminə Cəfərova,Tunar Ali,Ümüd Abbas,Anar Bulud canlandıracaq.
Tamaşanın müəllifləri, argentinalı dramaturqunun klassik hekayəsinə tam fərqli aspektdən yanaşmağı çalışıblar.40 dəqiqəlik  davam edən səhnə  əsərində, əsərin baş qəhrəmanı Alvardo iş axtarır amma bütün səyləri boşa çıxır.Arvadı Mariya və yeni dünyaya gələcək uşağı üçün məcbur qalıb Nikandronun yanında "it" vəzifəsində çalışır. Amma cəmiyyət onu elə bir vəziyyətə salır ki, artıq Alvardo doğurdan da itə çevrilir.