Xəbər lenti

Zəngilanda qurulan “Ağıllı kənd”dən (VİDEO)
Ölkə06:00 18.10.2021

Zəngilanda qurulan “Ağıllı kənd”dən (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"TRT Haber” kanalının çəkiliş heyəti Azərbaycanın işğaldan azad etdiyi Zəngilan rayonundan reportaj hazırlayıb.
Qaynarinfo xəbər verir ki, reportajda Zəngilanda ilk "Ağıllı kənd" layihəsinin həyata keçirilmə işləri təqdim edilib.
200 evdən ibarət olacaq "Ağıllı kənd”də sakinlər üçün poçt şöbələri, sağlamlıq mərkəzləri, polis şöbəsi, kənd təsərrüfatı torpaqları nəzərdə tutulub.
Bundan başqa, kənd Günəş enerjisi vasitəsilə elektriklə təmin olunacaq.
Layihə əsasında 4 əsas yol qurulacaq, qəhrəmanların xatirəsinə Zəfər meydanı tikiləcək.
"Ağıllı kənd”ə 5 kilometr məsafədə Zəngilan Hava Limanı tikilir. İşlərin il sonunda yekunlaşması nəzərdə tutulur.
<iframe width="624" height="335" src="https://www.youtube.com/embed/PVsmWl9u_OY" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">