Xəbər lenti

Zərdüşt Əlizadə ASDP-yə qayıdır? - Özü açıqlama verdi
Siyasət09:30 01.02.2023

Zərdüşt Əlizadə ASDP-yə qayıdır? - Özü açıqlama verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Heç vaxt Azərbaycan Sosial Demokrat Partiyasına qayıtmaram”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Azərbaycan Sosial Demokrat Partiyasına sədr qayıtması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. Politoloq yayılan məlumatı həqiqətə uyğun olmadığını deyib:
"Mənə siyasi həyat maraqlı deyil. 23 il bundan əvvəl partiyadan çıxmışam, həmin vaxt da məsələ bitib. Partiyanın qurucularından biri olsam da, elə o vaxtdan bu məsələ mənim actual deyil”. 
Qeyd edək ki, Azərbaycan Sosial Demokrat Partiyasının sədri, sabiq deputat Araz Əlizadə dünyasını dəyişəndən sonra partiyanın taleyi qeyri-müəyyən qalıb. Bir qrup partiya üzvü ASDP-nin sabiq həmsədri Zərdüşt Əlizadəyə müraciət edərək, onun təşkilatın rəhbərliyinə qayıtmasını təklif etdikləri iddia olunur. 
Bahar Rüstəmli