
“Ordu ilə bağlı aksiyalar müxtəlif qüvvələrin marağına xidmət edir”
Martın 10-da ölkə gəncləri tərəfindən “Əsgər ölümünə son!” şüarı ilə aksiya keçirəcəyi gözlənilir. “Hərbi Jurnalistlər” İctimai Birliyinin sədri, polkovnik Üzeyir Cəfərovun sözlərinə görə, bu aksiyalar sosial sifariş deyil, ayrı-ayrı qüvvələrin sifarişinin məhsuludur.
“Bundan öncə də orduda əsgər itkiləri olsa da, məsələyə bu cür reaksiya verilmirdi. Lakin son vaxtlar bununla bağlı aksiyalar keçirilir ki, bu da müxtəlif qüvvələrin marağına cavab verir və onlar tərəfindən həvəsləndirilir. Qoy dostlarımız bu sözümə görə məndən inciməsin. Bəzi generallar var ki, onlar da bu aksiyaların keçirilməsində maraqlıdır. Prezident Administrasiyasında da bu cür aksiyaların keçirilməsində maraqlı olan şəxslər var. Lakin mən hesab edirəm ki, aksiyalarla heç bir problemin həllinə nail olmaq mümkün deyil. Əgər məsələyə bu cür yanaşma olacaqsa, Müdafiə Nazirliyinin bütün general kontingenti istefaya göndərilsə belə, əsgər ölümlərinin qarşısını almaq mümkün olmayacaq” (Moderator.az).
Qaynar.info