
Azərbaycanın tanınmış hərbçi jurnalistlərindən olan Üzeyir Cəfərova ağır itki üz verib.
Fevralın 26-dan 27-nə keçən gecə Üzeyir bəyin atası Eldar Cəfərov dünyasını dəyişib.
Bu məlumatı jurnalist özü də təsdiqləyib və Facebook səhifəsində bununla bağlı yazıb: "Fevralın 27-si mənim taleyimə qara hərflərlə yazıldı, əziz dostlarım. Mənimlə əzab-əziyyət çəkən, mənə həyat bəxş edən sevimli atamı, Eldar kişini bir neçə dəqiqə əvvəl itirdim. Yola çıxıram. Allah səbr versin!"
Qaynar.info