ARB TV-də yayımlanan "Gəlin danışaq" proqramının növbəti qonağı müğənni Üzeyir Mehdizadə olub.
"Qaynar" xəbər verir ki, ilk olaraq uşaqlıq illərində söz açan müğənni, atasının əvvəllər onu bu sahədən uzaq tutmaq istədiyini bildirib:
"Onsuz da məşğul olurdum musiqi ilə. Amma atam çıxartmaq istəyirdi. Məni idmana yönləndirmək, idmançı olmağımı istəyirdi".
Daha sonra sənətçinin atası Bəxtiyar Mehdizadə oğlu haqqında maraqlı fikirlər səsləndirib:
"Üzeyir oğul kimi, övlad kimi çox yaxşı övladdır. Çox tərbiyəli, çox istedadlıdır. Məndən nağara almağımı istədi. Ala bilmədim. Kasıbçılıq idi. Yağ qutuları var idi. Onlardan nağara düzəltdim. Bu başladı ifa etməyə. Çox gözəl nağarada ifa edir. Zaqatalada stadionda bütün yerlər tutuldu. Yer qalmadı və əlavə stullar qoyuldu. Qazaxıstandan gələnlər, Bakı şəhərinin özündən gələnlər kifayət qədər idi".