Bu gün azərbaycanlı fəal, “Nida” Vətəndaş Hərəkatının üzvü Üzeyir Məmmədlinin toyudur. “Qafqazinfo”nun məlumatına görə, o, “Nida” Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Aygün Pəncəliyeva ilə ailə həyatı qurur.
Bakıdakı şadlıq evlərindən birində baş tutan toy mərasimində Müsavat başqanı Arif Hacılı, eks-başqan, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Milli Şura sədri Cəmil Həsənli kimi siyasətçilər, ictimai fəallar və digərləri iştirak edirlər.
Xatırladaq ki, 2012-ci ildə həbs olunaraq 7 il müddətinə azadlıqdan məhrum edilən Üzeyir Məmmədli ötən il dekabrın 30-da prezidentin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.