XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Zirə" Şimali Makedoniyadan legioner transfer etdi
İdman13:04 04.08.2021

"Zirə" Şimali Makedoniyadan legioner transfer etdi

"Zirə" yeni futbolçu ilə anlaşıb. 
Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, qəsəbə təmsilçisi Georgi Stoilovla müqavilə bağlayıb. 
Şimali makedoniyalı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb.
25 yaşlı futbolçunun son klubu "Akademiya Pandev” olub. O, daha əvvəl ölkəsində "Horizont Turnovo” klubunda da çıxış edib. Stoilov həmçinin, Şimali Makedoniya yığmasında da 2 oyun keçirib.
Zirəlilər buna qədər Təmkin Xəlilzadə, Ruslan Abışov, Mehdi Cənnətov, Velves Damatsena, Anar Nəzirov, Rauf Hüseynli və Mohamed Hamdoui ilə də müqavilə bağlamışdı.