XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Zirvə Görüşündə hansı məsələlər müzakirə olunacaq? (VİDEO)
Siyasət12:08 23.08.2026

Zirvə Görüşündə hansı məsələlər müzakirə olunacaq? (VİDEO)

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başlayır.

Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Daşkənddə yüksəksəviyyəli danışıqların, həmçinin Özbəkistan və Azərbaycan liderlərinin sədrliyi ilə Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi planlaşdırılır.

Zirvə görüşünün gündəliyinə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlığının və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi və genişləndirilməsi məsələləri daxildir.

Danışıqların sonunda bir sıra mühüm sənədlərin imzalanması, həmçinin iqtisadi və humanitar layihələrin həyata keçirilməsinə başlanılması planlaşdırılır.