Kino sənətimizin hörmətəlayiq tarixi var. Əzbər bildiyimiz ifadələr, gündəlik həyatımızda, söhbətlərimizdə hələ də işlətdiyimiz frazalar...
Bütün bunlar peşəkarlığın, sənətkarlığın özünüifadə formalarıdır...
Ancaq bir çoxları müasir kinomuzun heç də ürəkaçan olmadığını, peşəkarlığın bayağılığa məğlub olduğunu dilə gətirirlər.
Bu dəfə kinomuzun hazırkı vəziyyətindən, mövcud problemlər və çıxış yollarından danışacağıq. Müsahibimiz İstanbul Universitetinin dil ədəbiyyat ixtisası üzrə məzunu, bir müddətdir kinotənqidçi olaraq tanınan Hacı Səfərovdur.