Xəbər lenti

Özlərini yandırmaqla hədələyən qaçqınları yola gətirdilər
Ölkə 13:23 21.05.2014

Özlərini yandırmaqla hədələyən qaçqınları yola gətirdilər

Binəqədi rayion icra hakimiyyəti başçısının birinci müavini söz verib

Binəqədi rayonu 7-ci mikrorayon xarici dairəvi küçəsi 3126/27-ci məhəllədə məskunlaşmış 6 ailənin şikayətinə yenidən baxılacaq. Bunu Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini İlqar Süleymanov ANS PRESS-ə açıqlamasında bildirib. "Baxmayaraq ki, məhkəmə qərarı onların əleyhinədir, ancaq onların istəklərinə yenidən baxacağıq", - deyə müavin bildirib. 

Xatırladaq ki, Bakı Metropoliteninin Dərnəgül elektrik deposunun tikintisi üçün Binəqədi rayonu 7-ci mikrorayon xarici dairəvi küçəsi 3126/27-ci məhəllədə 17,1 ha torpaq sahəsi ayrılıb. Ancaq müəyyən səbəblərdən tikinti dayandırılıb. 

Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin ANS PRESS-ə açıqlamasında elektrik deposunun tikintisinin dayandırılmasına səbəbin orada məcburi köçkünlərin yaşaması olduğunu deyib. Onun sözlərinə görə, siyahıya alma zamanı orada 83 məcburi köçkünün yaşadığı və cəmi 217 yaşayış sahəsi olduğu müəyyən olunub. 

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->