Xəbər lenti

Özünü və öldürdüyü yoldaşını yandırdı - Tovuzdakı faciənin təfərrüatı
Ölkə17:25 27.02.2016

Özünü və öldürdüyü yoldaşını yandırdı - Tovuzdakı faciənin təfərrüatı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tovuz rayonunda ər və arvad yaşadıqları evdə yanaraq ölüb. Hadisə rayonun Qovlar qəsəbəsinin İntizam Əliyev küçəsində baş verib.
Belə ki, kənd sakinləri Yolçu Hüseynov və həyat yoldaşı Sevda Hüseynova evdə yanaraq ölüb.
Artıq hadisənin bəzi təfərrüatlar məlum olub. Tovuz rayon hüquq mühafizə orqanlarından APA-ya verilən məlumata görə, 64 yaşlı Novruz Hüseynov bıçaqla həyat yoldaşı 57 yaşlı Sevda Hüseynovanı qətlə yetirdikdən sonra onu həyətdə olan yardımçı tikiliyə aparıb. Tikilidəki qaz sobası vasitəsi ilə otağa od vuraraq, özünü və həyat yoldaşının meyitini yandırıb.
Novruz Hüseynovun ruhi xəstə olduğu bildirilir.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.
Qaynar.info